Olay
Olay

İnstaqramla bağlı Mark Zukerberqdən açıqlama

İnstaqramla bağlı Mark Zukerberqdən açıqlama

Son günlər İnstaqramda yaşanan problemlərin səbəbi bəlli olub. Bildirilir ki, platforma yeni tam ekran lentini sınaqdan keçirir.

OLAY yazır ki, bu barədə sosial media platformasının “Twitter” hesabında məlumat verilib.

Həmçinin, “Meta”nın baş direktoru Mark Zukerberq də İnstaqram hekayəsində “şəkillərin hələ də İnstaqramın vacib bir hissəsi olmasını” əsas gətirərək, tamekranlı lent testinin ilk görüntüsünü paylaşıb.

Yeni format daha çox “TikTok”da paylaşımlarına bənzəyəcək. İnstaqram lentinin tam ekran versiyası tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

Mesaj bölümü də daxil olmaqla, bir neçə başqa funksiyaların da olacağı istisna deyil.