Olay
Olay

“Qaynana” o vaxtkı sənətkarların “üz qarasıdır”

“Qaynana” o vaxtkı sənətkarların “üz qarasıdır”

Aktyor və rejissor Ramin Hacıyev Xalq artisti Şeyx Əbdül Mahmudovun “Qaynana” filmi ilə bağlı açıqlamasına münasibət bildirib.

OLAY yazır ki,  o, bu məsələyə sosial şəbəkələrdə şərh verib.

“Gülüş xatirinə yazılan və çəkilən əsərdir. O zamankı sənətkarlar indikiləri “gülüşə qurban verilən təxəllüs” deyərək sıxışdırıblar. Amma bu film elə o zamankı sənətkarların demək olar, “üz qarasıdır”. Filmi xilas edən aktyorların sanbalıdır”, - deyə, sənətçi vurğulayıb.

Qeyd edək ki, Ş. Ə. Mahmudov sözügedən ekran işinin Azərbaycan ədəbiyyatına və əxlaqına zidd olduğunu söyləyib.