Olay
Olay

İki gəlinlik, mərhum atası üçün yer, Fransada toy...

İki gəlinlik, mərhum atası üçün yer, Fransada toy...

Bir neçə gün əvvəl Parisdə nikahı olan türkiyəli bloger Duyqu Özaslanın toyu baş tutub.

OLAY yazır ki, basketbolçu sevgilisi Can Maksim ilə ailə quran influenserin məclisi Fransada keçirilib.

Duyqu xoş günündə iki gəlinlik geyinib. O, qısa, krem və ağ rənglərdən ibarət libası və uzun, süd rəngli, tül paltarı ilə kamera qarşısına keçib.

Özaslan həm də toyunda atdığı addımla izləyicilərini kövrəldib. Belə ki, o, mərhum atasının fotosu olan masada onun üçün yer saxlayıb.