Olay
Olay

BTS dağıldığını elan etdi

BTS dağıldığını elan etdi

Cənubi Koreyadan olan dünyaca məşhur BTS qrupu dağılır. 

OLAY yazır ki, bu barədə “Variety” jurnalı məlumat yayıb. Sənətçilər qərarlarını qrupun doqquzuncu ildönümü ilə bağlı tədbirdə açıqlayıblar: 

“Düşünürəm ki, yenidən bir olmağı öyrənə bilmək üçün bir az ayrı vaxt keçirməliyik. Bu yolla BTS daha da güclənəcək”.

Eyni zamanda, “Associated Press” xəbər verir ki, qrup dağılmır və ya fasilə vermir, musiqiçilər həm qrup şəklində, həm də fərdi şəkildə çalışacaqlar: “BTS fasiləyə getmir. Hazırda qrupun üzvləri solo layihələrə daha çox vaxt ayıracaqlar”.