Müğənni Hiss (Röya Məmmədova) yeni aldığı evdən danışıb.
OLAY yazır ki, sənətçi “Şourum” proqramına açıqlamasında bildirib ki, mənzil Mərdəkanda yerləşir:
“İlk evimdir. Buna görə çox xoşbəxtəm. Qəpiyinə kimi özüm ödəmişəm. Özüm-özümdən qürur duyuram. Mərdəkandadır. Həyət evini çox sevirəm. Yaşıllığı, gülləri, rəngli yerləri çox sevirəm.
Bir il pulu yığıb aldım. Özüm qazanıram. Amma kimsə kimsəyə hədiyyə edir. Mənə maraqlıdır ki, insanlar o cür hədiyyəni necə qəbul edir? İllərlə kirayədə qalmışam. 1500 manat kirayə pulu ödəyirdim”.