“Survivor All Star”da iştirak edən kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev yarışmadan qazancı ilə bağlı açıqlama verib.
OLAY yazır ki, bu barədə o, “Səhər mərkəzi” verilişində danışıb.
Pərviz deyib ki, müsabiqədə onlara həftəlik ödəniş olunub:
“Məbləği açıqlamayım. Amma yaxşı pul alırdıq. Ən çox alan deyildim. Əvvəllər çempion olmuş iştriakçılar çox alırdı. Mən də onlardan bir az aşağı məbləğ qazanırdım”.