Olay
Olay

“Övladınızın qol-qanadını qırmayın”

“Övladınızın qol-qanadını qırmayın”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova qızı ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, övladı İpəklə fotolarını instaqram izləyiciləri ilə bölüşüb.

“Əs dəli külək, əs! Sen, elə əs ki, hər şey saçlarımın dağınıqlığında qalsın. Bir yerdə oxumuşdum bu misraları ve çox bəyənmişdim. “Dəstədən ayrılsam, itib-batmaram, tam tərsi özümü taparam” deyə bilənlərə gəlsin. Övladlarınıza, “sürüdən ayrılsan, qurda-quşa yem olarsan” deyib qol-qanadlarını qırmayın! Əksinə sürüdən ayrılmağa cəsarət edərsən, özünü taparsan deyərək ürəkləndirin. Övladım,heç kimə dəymədən, incitmədən küləyi arxana al və yoluna davam et”, - deyə İbrahimova bildirib.