Olay
Olay

“Elzanın beyin cərahiyyəsinə ehtiyacı var”

“Elzanın beyin cərahiyyəsinə ehtiyacı var”

Müğənni Roza Zərgərli Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramında qonaq olub.

OLAY yazır ki, sənətçi “Şəkildəki məşhurun hansı plastik əməliyyata ehtiyacı var” sualı ünvanlandıqdan sonra monitorda fotosu nümayiş etdirilən Elza Seyidcahan barədə danışıb.

Roza qalmaqal yaşadığı Əməkdar artist haqda bu sözləri deyib:

“Onun heç bir plastik cərahiyyəyə ehtiyacı yoxdur. Sifəti gözəldir, makiyajsız gözəl olan sənətçilərdən biridir. Onun beyin cərahiyyəsinə ehtiyacı var”.

Qeyd edək ki, ifaçılar arasındakı dava uzun müddətdir davam edir.