Olay
Olay

“Dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin”

“Dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin”

“Həyatda bəzi şeylərə gücümün yetmədiyini kiçik yaşlarımda öyrəndim. Çoxumuzun uşaq vaxtı ağlından “Pulu insanlar düzəldirsə, kəsib hamıya niyə paylamır?” keçirdiyini bilirəm. Bu fikrin hələ də dahiyanə olduğunu düşünürəm”.

OLAY yazır ki, bu sözləri müğənni İradə İbrahimova sosial media hesabında yazıb.

Uzun zamandır ailə qurub Türkiyəyə köçən ifaçı sözlərinə bunları da əlavə edib:

“Məncə, hamımız həyatımızın bir çox məqamında dünyanı qurtarmaq həvəsinə düşürük. Bütün əziyyətlərə, ağrılara, problemlərə çarə olmaq, bütün acları doyurmaq, sevgisiz qalanları qucaqlamaq istəyirik. Bir yandan da əsrlər öncə dünyanın fərqli yerlərində, fərqli zamanlarda yaşamış, kitablar yazmış müdrik insanlar, nənə-babalarımız nəsihətlərində eyni şeyləri dilə gətiriblər. Dəyişdirə biləcəklərinizi dəyişdirməyə niyyət edin və dəyişdirə bilməyəcəklərinizlə yaşamağı öyrənin.

Adam bəzən dünyanı qurtarmaq istəyərkən sadəcə yaşadığı günü qurtara bildiyinin fərqinə varır və məyus olur. Bir tərəfdən  hər şeyin keçəcəyini biləndə Allaha inamın tam olduğu zaman insanın içi çılçıraq kimi olur. Allah bütün insanlara arxa, kömək olsun”.