Ötən gün itlərin hücumuna məruz qalan aparıcı Kamilə Babayeva açıqlama yayıb.
OLAY yazır ki, sənətçi hazırda səhhətinin yaxşı olduğunu bildirib:
“Məlumatları oxuduğum zaman həyəcanlandım. Özümə görə yox, əzizlərim, doğmalarım üçün. Onların arasında hər yaş kateqoriyasından insan var. Belə qərara gəldim ki, video paylaşım. Bilin ki, səhhətim, əhvalım hər şey qaydasındadır. Evdəyəm, xəstəxanada da deyiləm. Mən jurnalistlərə məlumat verməmişəm, birdən deyərsiz ki, niyə dedin, sonra da video paylaşırsan. Hər şey çox yaxşıdır”.
Qeyd edək ki, K.Babayevanın it dişləməsi ilə bağlı xəbəri ilk dəfə Qafqazinfo.az saytı yaymışdı.