Olay
Olay

Jah Khalib ata oldu

Jah Khalib ata oldu

Azərbaycan əsilli məşhur qazax reperi Jah Khalib (Bəxtiyar Məmmədov) ilk dəfə ata olub.

OLAY yazır ki, bu barədə sənətçi Qazaxıstanın NTK telekanalında yayımlanan “Revue” proqramına müsahibəsində bildirib.

“Allahın lütfi ilə ata oldum. Yəqin ki, bu, mənim həyatımda yeni mərhələ olacaq”, – deyə, ifaçı bildirib.

Mayın 2-də dünyaya gələn körpəyə Safiya adı verilib.