Keçmiş model, hazırda bloger kimi fəaliyyət göstərən Diana Əhədpur şəxsi həyatı barədə danışıb.
OLAY yazır ki, “Qırmızı” yutub layihəsinin qonağı olan Əhədpur uşaqlıqlar varlı bir şəxslə ailə qurmaq arzusunda olduğunu deyib:
“Dubayda yaşadığımız üçün elə bilirlər ki, həyat yoldaşım ərəb şeyxidir. Amma o, İran azərbaycanlısıdır. Liftdə tanış olmuşuq. Həmin an həyatımı 180 dərəcə dəyişdi. Həyat yoldaşım mənim xilaskarımdır. Bizim bəxtimiz öz əlimizdədir. Özümüz öz həyatımızın memarıyıq. Bugünkü həyatımı özüm seçmişəm. Özümdən 35 yaş böyük birinə ərə getməyi də özüm planlamışam. Hər zaman deyirdim, mənim üçün fərqi yoxdur, yaşlı olsun, cavan olmasın, amma pulu çox olsun. Uşaqlıqdan yaxşı yaşamağı arzulamışam. Nəyisə deyib və inanırıqsa, başımıza gəlir”.