Dubayda yaşayan azərbaycanlı model Diana Əhədpur paylaşımı ilə diqqət çəkib.
OLAY yazır ki, instaqram platformasında 1, 2 milyon izləyiciyə sahib olan model yeni “look”u ilə modasevərlərin marağına səbəb olub.
35 yaşlı Əhədpur bu dəfə ayaqqabı (1181manat) və topunu (657 AZN) “alexanderwang”, şalvarı (618 AZN) “RE/DONE”, çantanı isə (3145 manat) “Prada” brendindən əldə edib.
Kiçik araşdırmanı “Kim haradan geyinir?” instaqram səhifəsi aparıb.
Qeyd edək ki, D. Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.