Olay
Olay

Cəlal Qurbanov sabah evə buraxılacaq - Yenilənib

Cəlal Qurbanov sabah evə buraxılacaq - Yenilənib

Nəğməkar-şair Cəlal Qurbanov itlərin hücumuna məruz qalıb.

OLAY yazır ki, yaxınlarının “Qafqazinfo”ya verdiyi xəbərə görə, hadisə səhər saatlarında Novxanı ərazisində baş verib. 20-dən çox itin hücumuna məruz qalı

Şair hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağırdır

Həmin an övladları bir qədər aralı ərazidə olduqlarından xəsarət almayıblar.

*** 

Bu gün itlərin atına hücumu nəticəsində yıxılan və zədə alan nəğməkar-şair Cəlal Qurbanov sabah xəstəxanadan evə buraxılacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, bəstəkar hər gün övladları ilə at çapmağa getsə də, bu dəfə dostları onu müşayiət edib. 

Lakin qəfil qarşılarına 10-12 it çıxıb. Onlar atın arxasınca qaçıb, sonra heyvan dizini yerə qoyub. Nəticədə C. Qurbanov başı üstə yerə yıxılıb. Başından travma alıb, üzündə isə bir-iki zədə var.