Olay
Olay

Muradın bağına ayı girdi

Muradın bağına ayı girdi

“Mənim həyatımda bir tək ayı çatmırdı. Səhər saat 5-in yarısı həyətimizə ayı balası qonaq gəlmişdi. Bala olmasına baxma, Marsın (iti- red) yerinə cumur, yaxınlaşanlara hücum edirdi”.

OLAY yazır ki, bu sözləri müğənni-bəstəkar Murad Arif feysbukda yazıb.  İfaçı bildirib ki, sübh vaxtı bağına ayı girib:

“Bağımızda yaşayan ailə gecəylə video çəkərək göndərib. Yatmışdım, İndi xəbər tuturam. Ayı da hasardan qaçıb gedib.

Xatırladıram ki, Novxanı-Qurd dərəsi zonasında ayılar olmur. Bu kiminsə kəsilib, yemək üçün saxladığı heyvan imiş. Qurtulub”.