Olay
Olay

Zülfiyyə Xanbabayeva Dadaşovanı səhnədə təbrik etdi

Zülfiyyə Xanbabayeva Dadaşovanı səhnədə təbrik etdi

Xalq artisti Brilliant Dadaşovanı bu gün baş tutan konsertində sənət dostları tək qoymayıb. 

OLAY yazır ki, Xalq artisti Zülfiyyə Xanbabayeva da həmkarını dinləməyə gedib. 

Konsert zamanı Xanbabayeva Dadaşovaya gül vermək üçün səhnəyə çıxıb və ona tədbirlə bağlı ürək sözlərini deyib. 

“Mən Brilliant xanımı çoxdan, universitet illərindən tanıyıram. Biz dostuq. Amma həmişə ona “sənətkarım” demişəm. Bu günə görə sənə təşəkkür edirəm”, - deyə sənətçi bildirib.