Olay
Olay

Aparıcı zarafatına görə talışlardan üzr istədi - Yenilənib

Aparıcı zarafatına görə talışlardan üzr istədi - Yenilənib

“Media FM”in aparıcısı Emil Nəsirov verilişdə səsləndirdiyi fikirlərə görə tənqid olunub.

OLAY yazır ki, bununla bağlı iş adamı Rəvan Bəşirov status paylaşıb. Aparıcıya irad bildirən Bəşirov deyib ki, o, talışlarla bağlı zarafat edib:

“Media FM, sizdə Emil Nəsirov adlı aparıcı var. Ona deyin ki, saat 12 zarafatını talışlarla edənlərin aqibəti yaxşı olmur. Özü də canlı yayımda bu nə cürətdir, nə cəsarətdir? Heç kim yaxın dostu talışdır və onunla öz aralarında zarafat edir deyə ağzının açarını itirə bilməz.

Bizim 12-dən əvvəl də, sonra da hər yerimiz lap bomba kimi işləyir. Əksini iddia edənin də cavabını talışlar və dostları verəcək. Media FM-dən canlı-canlı üzr gözləyirik. Hələ ki”.

Bu məsələ ictimailəşdikdən sonra Nəsirov da feysbukda status yazıb:

“Dostlar, bu səhər efirdə talışlarla bağlı bir neçə saniyə ərzində istifadə etdiyim ifadələr haqlı olaraq narazılıqla qarşılanıb. Bəli, bu uğursuz və yersiz zarafat idi! 12-dən sonra...” ifadəsini istifadə etməklə mən talış xalqına qarşı mənfi mövqedəmi dayanmış oluram? Əlbəttə ki, xeyr! Bəli, belə ifadələri efirə daşımaq qətiyyən yolverilməzdir.

Radio sahəsində çalışdığım 10 il ərzində, ilk dəfədir bu cür arzuolunmaz halla üzləşirəm. Daimi dinləyicilərimiz də təsdiqləyərlər ki, onlarla ünsiyyətdə heç vaxt ədəb çərçivəsindən kənara çıxmamışam. Hər zaman qarşılıqlı hörmət və dostyana münasibətimiz olub, ümid edirəm bundan sonra da olacaq. Bilirsiniz ki, verilişimizin əsasını şou və zarafatlar təşkil edir. Dinləyicilərimizin əhvalını yüksəkdə tutmaq üçün əlimizdən gələni edirik. Gün ərzində istifadə etdiyimiz onlarla zarafatın fonunda bu cür yersiz ifadənin səslənməsinin sizdə yaratdığı mənfi emosiyanı anlayır və baş verən halla bağlı talış dostlarımdan, talış dinləyicilərimiz və talış xalqından üzr istəyirəm”.