Olay
Olay

“Bütün dinlərdən uzaqlaşıram”

“Bütün dinlərdən uzaqlaşıram”

“Allahı hiss etdikcə, sevdikcə, qəbul etdikcə, bütün dinlərdən, rituallardan uzaqlaşıram. Çox qəribə duyğudur. Ona sonadək inanır, ana dilimdə dualar edir, hər davranışımda onu düşünür, hər saniyəmə şükür edirəm”. 

OLAY yazır ki, bu sözləri müğənni-bəstəkar Murad Arif sosial şəbəkədə yazıb. O, Allahı sevdikcə, bütün dinlərdən uzaqlaşdığını qeyd edib:

“O var, o mütləqdir, mükəmməldir, gözəgörünməzdir, hər yerdədir, böyükdür. O ilahi düzən, ilahi balans, kainatın memarı, yaradılışın səbəbkarıdır mənim üçün. Amma, dini rituallar, ayinlər və s.-ə qarşı bir o qədər də soyuqlaşıram. Qəribə hisslərdir”.