Bir neçə influenser ötən gün Kəlbəcərə səyahət edib.
OLAY yazır ki, onlar dövlət xətti ilə işğaldan azad olunmuş əraziyə yollanaraq orada çəkilişlər edib, görülən işlərlə tanış olublar.
Blogerlər Nəcibə Əhmədi (nadjiba), Səbinə Orucova (Sabi Orudjeva), Nərmin Kazımzadə (Nərmin Nurlan), Aysel Nasir və “Azone Agency”nin sahibi Aliyə Hümmətova (Aliyarouge) sosial media hesablarında bununla bağlı paylaşım ediblər.
Səfərdə 50-dən çox ölkə, 10-dan çox təşkilatdan 80 nəfərdən çox diplomat və hərbi nümayəndə iştirak edib.
İnfluenserlər Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə də şəkil çəkdiriblər.