Olay
Olay

Azərbaycanlı blogerlər qlobal sammitdə

Azərbaycanlı blogerlər qlobal sammitdə

Türkiyədə 40 ölkənin sosial media fenomenlərinin sammiti keçirilir.

OLAY yazır ki, gecəyə Azərbaycandan blogerlər Aynişan Quliyeva, Nəcibə Əhmədi, Aliyə Hümmətova və Səbinə Orucova dəvət edilib.

Onlar Türkiyədə Antalyanın məşhur hotellərindən birində qonaq edilib.

Qeyd edək ki, 6-9 noyabr tarixlərində keçirilən sammitdə 40 qlobal və 10 Türkiyədən olan sosial media fenomeni iştirak edir.

Onu da bildirək ki, tədbirə qatılan A.Quliyevanın İnstaqramda 1,2 milyon, Nəcibə Əhmədinin 512 min, Səbinə Orucovanın 449 min, Aliyə Hümmətovanın isə 55 min izləyicisi var.