Olay
Olay

“Şəxsi həyatıma qarışa bilməzsiniz”

“Şəxsi həyatıma qarışa bilməzsiniz”

Əməkdar artist Vəfa Zeynalova illər sonra rejissor Yavər Rzayevin ərsəyə gətirdiyi “İlahi məxluq” filmindəki qalmaqala səbəb olan səhnədən danışıb.

OLAY yazır ki, məşhur aktrisa bu barədə “Üzə düz” proqramında olarkən deyib. Sənətçi həmin illər sənətindən küsdüyünü qeyd edib:

“Müəyyən insanlar var ki, hər şeyi qınayır, xoş olmayan ifadələr, tənqidlər deyə bilərlər. O onların öz dünyagörüşü, mədəniyyətidir. Mən ancaq onu deyə bilərəm. İçinizdə olan müxtəlif obrazlar var ki, mən onu yenidən sizə göstərirəm. Bəyənmirsinizsə, bu sizsiniz, mən deyiləm! Olub belə rollarım ki, söz-söhbətsiz ötüşmədi, karyerama mane oldu. Sadəcə ruhdan düşməmişəm. Baxmışam ki, neçənci əsrdə yaşayırıq, insanlar hələ də necə bəsit düşünə bilirlər? Hər kəsin gözündən salmaq üçün bir rolik paylaşsalar, o insanlar elə birinci onları qınayacaq. 

İllər əvvəl belə bir məqam yaşadım. Nə qədər ki, dünyada paxıl insanlar olacaq, mənə elə gəlir ki, onlar heç vaxt da paxıllıqlarını içlərində boğa bilməyəcəklər. Küsdüm, xətrimə dəydilər. Amma bu obrazlarıma görə deyildi, əsla! “Mən aktrisayam” sözünü də heç sevmirəm. Nəyə görə özümü kimlərdənsə qorumalı, təmizə çıxartmalıyam? Məgər onlar görmür ki, mən aktrisayam? Sevmisiniz, alqışlamısınızsa, mən də aranızda olan insanları zaman-zaman sizə təqdim edirəm. Amma şəxsi həyatıma heç vaxt qarışa bilməzsiniz. Mən buna icazə vermərəm!”.