İspartada konserti ləğv olunan Melek Mosso ilə bağlı qalmaqal davam edir.
OLAY yazır ki, Melekdən sonra həmin bölgədə səhnə almağa hazırlaşan Seda Sayan tənqid olunub.
Səda haqqında yazılanlara post paylaşaraq cavab verib.
O bildirib ki, konsert proqramı ilə bağlı meneceri danışıb və onun xəbəri olmayıb.
Sayan həmçinin, Meleyin konsertinin ləğv səbəbini də açıqlayıb. Onun sözlərinə görə, İsparta bələdiyyəsi bunu sənətçinin konsertlərindən birində etdiyi qeyri-etik əl hərəkətinə görə edib.