Olay
Olay

13 il sonra “4 yüz”

13 il sonra “4 yüz”

Türkiyənin məşhur pop musiqi qrupu “4 yüz” illər sonra yeni mahnı yayımlayıb.

OLAY yazır ki, onlar “Çiki çiki” adlı ifalarına klip də çəkdiriblər.

Uzun müddətdir fəaliyyət göstərməyən qrup pərəştikarlarını növbəti layihəsi ilə sevindirib.

Qeyd edək ki, “4 yüz” 2007-ci ildə “Hepsi”nin prodüserləri Temel Zümrüt və Süleyman Yüksel tərəfindən qurulub. Onların ən populyar mahnıları sırasında

“Dandini” və “Kız kıza” yer alır. 2009-cu ildə fəaliyyətlərini dayandırsalar da, üzvləri bir-birindən ayrılmayıb.

Gülnur Gökçe, Didem Ergüven, Onur Kırış və İlkay Sipahi 2017-ci ildə növbəti klipi yayımlayıb. Pandemiya dövründə də evdən yayımladıqları videolar ilə qayıdacaqlarının mesajını vermişdilər. Onu da bildirək ki, yeni mahnının musiqisi T. Zümrüte məxsusdur. Klipin rejissoru isə S. Yükseldir.