Olay
Olay

Real TV-nin aparıcısı DİN əməkdaşı ilə evlənir

Real TV-nin aparıcısı DİN əməkdaşı ilə evlənir

Real TV-nin aparıcısı, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə həyatı qurur.

OLAY yazır ki, bir neçə gün öncə rəsmi nikaha girən cütlüyün toy mərasimi 28 May Respublika Günündə keçiriləcək.

Qeyd edək ki, Nurlan Əliyev uzun müddət ATV, “Space”, həmçinin “Lider” TV-də müxbir və xəbər aparıcısı, Aysel Fərziyeva isə “Lider” TV, ATV, ARB24-də aparıcı kimi fəaliyyət göstərib.