Olay
Olay

“Trendə çevirdilər ki, mənimlə şəkil çəkdirənlər ölür”

“Trendə çevirdilər ki, mənimlə şəkil çəkdirənlər ölür”

“Telefonuma bu gün 4800 mesaj gəlib. Çalışıram ki, cavablandırım. İnanın, bir ad günü təbriki 45 dəqiqə vaxtımı aparır. Bir günə elə olur ki, 5 insanı səhifəmdə təbrik edirəm”. 

OLAY yazır ki, bu sözləri aparıcı Hacı Nuran Hüseynov Baku TV-yə qonaq olarkən dedib. TV ulduzu “O kimdir?” verilişində bir çox məqamlardan söhbət açıb.

Hüseynov bildirib ki, onunla bağlı bir çox trendlər yaranıb:

“Pandemiya dövründə Arif Quliyev, Rəmişin yanına getdik. Elə oldu ki, onlar koronavirusdan dünyasını dəyişdi. İstər-istəməz insanlar bu şəkilləri yığıb trendə çevirdilər ki, mənimlə şəkil çəkdirənlər ölür. Əvvəl şoka düşmüşdüm. İndi incimirəm. Bizdə müəyyən bir şey çox tez trendə düşür. Parisdəki Notr-Dam kilsəsi önündə şəklim var idi. Bina yananda tez haradansa şəkli tapdılar, montaj etdilər ki, bina yanır, mən də yanında dayanmışam”.