Olay
Olay

Onlara mükafatları təqdim olundu

Onlara mükafatları təqdim olundu

Mayın 25-də Azərbaycan Milli Xalça Muzeyində Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif edilmiş bir qrup mədəniyyət və incəsənət xadiminə mükafatlar verilib.

OLAY yazır ki, Mədəniyyət Naziri Anar Kərimov təltif olunmuş şəxslərə 1-ci dərəcəli “Əmək” ordeni, 3-cü dərəcəli “Əmək” ordeni, “Əməkdar mədəniyyət işçisi”, “Tərəqqi” medalı, “Əməkdar artist”, “Əməkdar rəssam” fəxri adlarının nişanı və vəsiqələrini təqdim edib.

Əməkdar artistlər Xəyyam Nisanov və Elton Hüseynəliyev də sosial media hesabında bu barədə paylaşımlar ediblər.