“O Ses Türkiye”nin keçmiş iştirakçılarından olan Talha Burak Karayılana silahlı hücum olunub.
OLAY yazır ki, hadisə İstanbulun Beyoğlu səmtində baş verib. Motosikletlə sənətçiyə yaxınlaşan şəxslər onu ağır şəkildə yaralayıb.
İlkin tibbi yardımdan sonra Karayılan xəstəxanaya çatdırılıb. Həyati təhlükəsi olmayan Karayılan hücum edənləri tanımadığını söyləyib.