Olay
Olay

Xatun kimə söz atdı?

Xatun kimə söz atdı?

“Adamı yıxan elə ən yaxınıdır. Hamını pisləyib, özünü yaxşı göstərəndir”.

OLAY yazır ki, bu sözləri instaqramda müğənni Xatun Əliyeva paylaşıb.

O ad çəkmədən kiməsə söz atıb:

“Ən dəhşətlisi də odur ki, sənin çörəyini yeyə-yeyə şəraitini qurub, sənin pis gününü gözləyən və buna düşməndən çox sevinən imiş”.

Qeyd edək ki, bir neçə gün əvvəl müğənni Əminə Şirinqızı “Şourum” verilişində Xatunu tənqid etmişdi. Onun “Ən gözəl qadın” mahnısına irad bildirmiş, sonra “Oxumaq Xatunluq deyil” açıqlamasını vermişdi.

Onu da bildirək ki, OLAY Ə. Şirinqızının sözlərinə cavab almaq üçün bu gün Xatunla əlaqə saxlayıb. İfaçının köməkçisi sualımızı ona çatdıracağını söyləsə də, heç bir açıqlama verilməyib.