Aktyor Hikmət Rəhimov ötən gün “Azərbaycanfilm” kinostudiyası nəzdində yaradılan Ekspert Şurası ilə bağlı paylaşım edib.
OLAY yazır ki, sənətçi şuranı “Şura Höküməti” adlandırıb. O, daha sonra ittifaqın işləmə qaydasını belə izah edib:
“Bundan sonrakı etapları gəlin təxmin edək:
Görüşmə: “Əvvələ baxmayın, indi başqadır, gəlin-gedin, bura sizin evinizdir” söhbətləri,
Yaz bir ssenari, qeydlərini dinlə, düzəlt, təsdiqlət…
- Kino çəkək?
- Yox!
- Para?
- Para yox. Gözlə bir az, yeni nəsə yaradılır.
- Bizim layihə?
- Mən artıq orada deyiləm,
Görüşmə: “Əvvələ baxmayın, indi başqadır, gəlin-gedin, bura sizin…”.
Qeyd edək ki, şuraya sədrlik Əməkdar incəsənət xadimi Ayaz Salayevə həvalə edilib. Xalq artisti Mehriban Zəki, Əməkdar incəsənət xadimi Əli Əmirli, sənətşünas, kino redaktoru Nadir Bədəlov, dramaturq, ssenarist İsmayıl İman isə Şuraya üzv seçilib. Ekspert Şurasının məsul katibi Leyla Vəzirzadədir.