Olay
Olay

Oğlu Elza Seyidcahana şərt qoydu

Oğlu Elza Seyidcahana şərt qoydu

Bir müddətdir ki, borcu üçün efirdə pul toplayan Əməkdar artist Elza Seyidcahanın oğlu ona şərt qoyub.

OLAY yazır ki, bununla bağlı “Səni axtarıram” verilişində məlumat verilib.

Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı bəstəkarn oğlunun onun efiri tərk etməsini istədiyini deyib.

“Oğlunuz deyir ki, efirdən çıxsın, qalan məbləği özü ödəyəcək”.

Seyidcahan isə bununla razılaşmayıb. O oğlunun sözünə hörmət etdiyini desə də, efiri tərk etməyəcəyini söyləyib:

“Mən oğlumun sözünə hörmətlə yanaşıram. Siz hər zaman məni verilişə dəvət edirsiniz, bura evim kimidir. Əvvəlcə bura gələndə bəzi insanlar oğlumla bağlı eyham vurdular. Amma həmin insanların övladları utansın ki, valideynləri elə söz danışır. Allaha şükür mənim oğlum xalqın içərisindədir. Hamı deyir ki, halal olsun, belə oğlun var.  Oğluma deyirəm ki, bir sənət dostu kimi konvert yollasın, az məbləğ qalıb. Mənə onun maşınını satıb pul verməyi lazım deyil. Hələ ki, buradayam”.