Olay
Olay

Bakıya yeni külək gəlir!

Bakıya yeni külək gəlir!

Aktyor Murad İsmayılın yeni layihəsi bəlli olub.

OLAY yazır ki ki, o, aktrisa Raksana İmirlə birlikdə “Sevgi küləyi” adlı serialda rol alacaq.

“A Class Production”ın ərsəyə gətirdiyi ekran işində iki gəncin böyük maneələrlə üzləşən sevgi hekayəsindən bəhs edilir.

Uşaq ikən bağça yoldaşı olan Ülvi və Nərgiz bu gün sevgi dolu xatirələr yaşamaqdadır. Lakin, bir gecədə Ülvinin qarşılaşdığı məqam onun bu sevgi ilə bağlı bütün xəyallarını puç edir.

Ülvi çox sevsə də, Nərgizi tərk etməkdən başqa çıxış yolu görmür. Gecə boyu Ülviyə etdiyi zəngləri cavabsız qalan Nərgiz səbəbini bilməməli olduğu ayrılıqla üzləşir.

Serialın təqdim olunmuş tizerində Əməkdar artist Münəvvər Əliyeva, aktyor Rəşad Səfərov, aktrisalar Mətanət Eres, Fidan Axundova, Aydan Ağazadə yer alıb.

Kənan Zeynalovun ssenaristi və rejissoru olduğu proyekt 2019-cu ildən bəri hazırlanır. Layihənin görüntü rejissoru İsmayıl Zeynalovdur. Qeyd edək ki, ekran işinin musiqiləri də Kənan Zeynalov tərəfindən bəstələnib.

Onu da bildirək ki, Kənan və İsmayıl Zeynalovlar Xalq artisti Azər Zeynalovun övladlarıdır.