Olay
Olay

“Problem onun başındadır” – Səidədən danışdı

“Problem onun başındadır” – Səidədən danışdı

Müğənni Əminə Şirin qalmaqal yaşadığı Səidə Sultandan barədə danışıb.

OLAY yazır ki, sənətçi Xəzər TV-də yayımlanan “Şourum” verilişində onun “4 fəsil” mahnısını dinləyib, lakin pleylistinə daxil edə bilməyəcəyini bildirib:

“O biri mahnını qoyardız (“Ayrı-ayrı” – red.) O mahnısını bəyənmişəm. Yalan demirəm. Mən onlar kimi deyiləm. Bilirlər ki, filankəs yaxşı oxuyandır, fikir bildirmirlər. Daxili eqo, mənəm-mənəmlik o qədər yüksəkdir ki, hətta yarandıqları torpaqdan belə özlərini üstün tuturlar. Qız dəlidir (əli ilə işarə edərək – red.) Adi danışığını görmürsüz? Ay qız, bəsdir! Qəşəng mahnıdır, maraqlı təqdim olunub.

Bir-birimizi gizlin dinləməyək. Problem başqa məsələdir. Burada durub Şəbnəm Tovuzlunu tərifləyib, Səidəni pisləyə bilmərəm. Problem onun başındadır. Onun həllini tapandan sonra hər şeyi düzələcək. Əslində, balıq bürcüdür, əqrəblə yola getməlidir”.

Birinci o çıxıb danışmışdı. Səlahiyyətindən istifadə etməyən bütün peşə sahiblərinə hörmətim sonsuzdur. Bu o demək deyil ki, 34 yaşıma çatmışam polis qapısına şikayətə getməmişəm. Şikayətçi adam deyiləm, Allahıma da şikayət etmirəm. Xanıma yaraşmır. Etməmişəm. Etdiyimi gözünlə görmüsənsə, vallah get danış. Etmədiyim şeyi deyirlərsə, Allaha tapşırıram. Biz səninlə ayrı dünyaların adamıyıq”.

Qeyd edək ki, S.Sultan Əminə ilə qalmaqal yaşamış, onun tərəfindən polisə şikayət edildiyini bildirmişdi.