Olay
Olay

“Mahnı oxumaq Xatunluq deyil”

“Mahnı oxumaq Xatunluq deyil”

Müğənni Əminə Şirin Xəzər TV-də yayımlanan “Şourum” proqramında qonaq olub.

OLAY yazır ki, son işıq üzü görən mahnıları dəyərləndirən sənətçi müğənni Xatun Əliyevaya verdiyi reaksiya ilə diqqət çəkib.

Xatunun “Ən gözəl qadınlar” mahnısında yer alan “Ən gözəl qadını Tanrı qısqanar, ən gözəl qadını Tanrı sevməzmiş” ifadəsi Əminəni özündən çıxarıb. O, mahnı haqda fikirlərini belə ifadə edib:

“Qadını gözəl yaradan Tanrıdır, necə sevməyə bilər? Qısqanclıq paxıllıq deməkdir. Allah özü buyurub ki, içinizdə paxıllıq olmasın. İnsan nəyi düşünüb, türklər demiş, nəyin “qafasını” yaşayıb belə sözlər yaza və ya ifa edə bilər? Gərək ehtiyatla yanaşasan. Gün ərzində 1000 mahnı göstərib, 1000 söz göndərə bilərlər, baxırsan və seçirsən axı”.

Ə.Şirinqızı daha sonra Xatunun səsi ilə bağlı rəy verib:

“Adi insanların içərisində müğənni olmayıb, başqa peşənin sahibi olanlar elə gözəl züm-zümə edir ki, deyirsən, dəqiq müğənni deyilsən? Deyir, yox, mən özüm üçün oxuyuram. Bax bu xanım da züm-zümə edənlərin sırasındadır. Səsini bəyənmirəm. İfa etmək başqa bir şeydir, züm-zümə etmək başqa. O, züm-zümə edir, nəinki ifa. Hansı bir ifası var? Canlı bir ifası var efirlərdən? Təəccübləndirin məni, xahiş edirəm. Bizim qızlardan “W Trio”dan Elnarənin də var, Natavanın da var, elə o danışmadığımın da var (Səidə Sultan – red.). Oxuduğu mahnılar da həmçinin”.

Proqramın aparıcısı Afaq Gəncəli isə “Amma biz bir məclisdə olmuşuq, eşitmişdim, amma musiqiçi kimi bilmirəm”, - deyə, Şirinə cavab verib.

Sənətçi isə “Məclis oxuya bilmək və oxuya bilmək ayrı bir şeydir. Mən sənətçilər tanıyıram ki, adam oxuya bilmir, amma məclisi elə gözəl ələ alır ki... Amma gəl ki, səhnədə səliqəli bir mahnı oxumaq onluq deyil”, - deyə, aparıcıya cavab verib.