Olay
Olay

Konsertdən sonra kulisdən çıxa bilmədi - Video

Konsertdən sonra kulisdən çıxa bilmədi - Video

Xalq artisti Röya Ayxanın Gəncədəki konsertindən sonra izdiham yaşanıb. 

Belə ki, sənətçi uzun illər sonra Gəncə Dövlət Filarmoniyasının səhnəsində yer alıb. 

İfaçı səhnəni tərk edən zaman pərəstişkarlarının hücumuna məruz qalıb. 

Əksəriyyəti Xalq artisti ilə foto çəkdirmək, ona sevgisini ifadə etmək istəyib. Sənətçi əvvəlcə, bir çox pərəstişkarını kulisinə qəbul edib şəkillər çəkdirsə də, axın böyüməyə başlayıb. 

Bunu görən estrada ulduzu qrim otağından çıxmaqda çətinlik çəkib. Pop ifaçısı mühafizə xidmətinin köməyi ilə ərazidən uzaqlaşıb. 

OLAY tərəfindən lentə alınan kadrları təqdim edirik: