Olay
Olay

Hiss “Warner”la 2-ci işini təqdim etdi

Hiss “Warner”la 2-ci işini təqdim etdi

Müğənni Hiss beynəlxalq leybl olan “Warner Music” etiteki ilə növbəti layihəsini təqdim edib.

OLAY yazır ki, gənc ulduz bu dəfə sözləri Miro, musiqisi Jay Aliyevə məxsus “Şans” mahnısını ekranlaşdırmaq qərarına gəlib. 

O, klipinin çəkilişlərini rejissor Nuran Məmmədova həvalə edib. Layihə Bakıda lentə alınıb və sənətçi üç obrazda kamera qarşısına keçib.  

Hissi bir karda dörd model fərqli imicdə müşayiət edib. Müğənni və modellərin staylinqini Niko Lab ərsəyə gətirib.

Qeyd edək ki, Hiss 2022-ci il ərzində Türk və Azərbaycan dillərində yeni mahnılar buraxaraq “Warner Music Turkey” ilə iş birliyinə davam edəcək.