Azərbaycanın ən çox dinlənilən qadın müğənnilərindən olan Hiss ölkəsindəki mühüm uğurlardan sonra ilktürk dilində olan “Bela” adlı ilk mahnısını təqdim edib.
OLAY yazır ki, “Warner Music Türkiyə” ilə müqavilə imzalayan sənətçi sözləri və musiqisi MİRO-ya aid olan trap-pop mahnısının klipi üçün qadınlardan ibarət 40 nəfərlik komanda çalışıb.
Rejissoru Ece Naz Kızıltan, stilisti Anıl Can və aktyor heyətində yalnız qadınların yer aldığı bu video Beykoz yerləşən heykəltəraş Mehmet Aksoyun “Böcək Evi”ində çəkilib. Klip üçün xüsusi olaraq akvariuma çevrilən “Böcek Ev”də çəkilişlər 15 saata yaxın davam edib.
Qeyd edək ki, Hiss 2022-ci il ərzində Türk və Azərbaycan dillərində yeni mahnılar buraxaraq “Warner Music Turkey” ilə iş birliyinə davam edəcək.