Olay
Olay

“Həm Azərbaycanı, həm də Ermənistanı sevirəm”

“Həm Azərbaycanı, həm də Ermənistanı sevirəm”

Rusiyanın şanson ulduzu Lyubov Uspenskayanın Bakı konsertinin ləğv edilməsi barədə yayılan məlumatlara münasibət bildirib. 

OLAY yazır ki, bu barədə sənətçi instaqramda məlumat yayıb. 

“Bu gün yuxudan duranda sarı mətbuatın, ictimaiyyətin yaydığı bir xəbər məni məəttəl qoydu. Bakıdakı konsertimin ləğv edilməsi xəbəri guya Azərbaycan və Ermənistan xalqları arasında münaqişə şəraitində siyasi bəyanatlarımla əlaqədardır. Bu məni şoka saldı!
Axı insanlar məni nədəsə günahlandırmağa, münaqişəyə salmağa çalışırlar. Mən sülh insanıyam.

Mən başa düşürəm ki, bunların hamısı üç il bundan əvvəlki bir köhnə saxta xəbərə görə şişirdilir, bəs nə məqsədlə? Mən bütün Qafqaz xalqlarını həmişə sevən bir insan kimi azərbaycanlı sənətçilərlə eyni səhnədə onların dillərində (o cümlədən Azərbaycan dilində) “Ağ Çiçəyim” mahnısını ifa etmişəm.

Mən həm Azərbaycanı, həm də bir müddət orada yaşamağa müvəffəq olduğum Ermənistanı çox sevirəm”,- deyə müğənni bildirib.