Xəzər TV-də yayımlanan “Ata ocağı” serialı 1000 bölümü geridə qoyub.
OLAY yazır ki, psixoloji dram janrında olan ekran işi 2017-ci ildən yayımlanır. Həftəiçi 5 gün yayımlanan serialda baş rolları Xalq artistləri Həmidə Ömərova, Qurban İsmayılov, Əməkdar artistlər Mehriban Xanlarova canlandırır.
Layihədə Əməkdar artist Rəşad Bəxtiyarov, aktyorlar Mənsurə Əhmədova, Türkay Cəfərli, Ləman Mərrih, Natavan Abbasova, Yasin Həzirə, Sanura Cəfərova və başqaları da rol alır.
Qeyd edək ki, hazırda 5-ci sezonu yayımlanan layihənin əvvəlki bölümlərində Əməkdar artistlər Sənubər İsgəndərli, Elnur Kərimov, Rasim Cəfər, Ayşad Məmmədov da çəkilib. Serialın rejissoru Rüfət Şahbazov, ssenari müəllifi Valeh Əhmədovdur.