Olay
Olay

“Mən süniliyi sevmirəm” - Səidədən əkizlərə

“Mən süniliyi sevmirəm” - Səidədən əkizlərə

Müğənni Səidə Sultan həmkarları Sevil və Sevinc Səfərovalar haqda növbəti dəfə qalmaqallı açıqlama verib.

OLAY yazır ki, bu barədə o “Şourum” verilişinə danışıb. Səidə əvvəlcə bacılar haqda sualı cavablandırmaq istəməyib:

“Başqa söhbət elə. Onların hansı musiqisindən danışaq? Söhbət musiqidən gedir. Mən süniliyi sevmirəm. Yalandan süni olmağın nə mənası var? O saxtalığı görürəm, ona görə uzaq oluram”.

Qeyd edək ki, Səidə bir müddət əvvəl həmin proqramda qonaq olarkən Sevil və Sevincin meyxanaçı Namiq Qaracuxurlu ilə “Oxşamıram” duetini tənqid etmiş, ifalarının birinci sırada olmasına irad bildirmişdi.

Səidə “Camaat bu mahnını birinci sırada görürsə, biabırçılıqdır. Belə mahnılar “itə tök”dür”, doludur. Amma ondan sonra gələnlər zövqlü mahnılardır. Birinci isə zövqsüzdür. Ona zövqlü mahnı deyirlər? Buna baxıb deməsinlər ki, paxıllıq edir. Çəkisi olmayan mahnıya necə paxıllıq edəsən? O mahnılar sadəcə zövq korlayırlar, pislik edirlər”, - deyə vurğulamışdı.