Müğənni Səidə Sultan həmkarları Sevil-Sevinc Səfərovaların meyxanaçı Namiq Qaraçuxurlu ilə ifasını tənqid eidb.
OLAY yazır ki, bu barədə o, “Şourum” verilişində danışıb. Trendlərdə ilk onluqda olan mahnılara münasibət bildirən Səidə əkizlərin və Namiqin “Oxşamıram” duetini bəyənməyib.
“Camaat bu mahnını birinci sırada görürsə, biabırçılıqdır. Belə mahnılar “itə tök”dür”, doludur. Amma ondan sonra gələnlər zövqlü mahnılardır. Birinci isə zövqsüzdür. Ona zövqlü mahnı deyirlər? Buna baxıb deməsinlər ki, paxıllıq edir. Çəkisi olmayan mahnıya necə paxıllıq edəsən? O mahnılar sadəcə zövq korlayırlar, pislik edirlər”,- deyə Səidə bildirib.