Olay
Olay

“Sevda ilə Günay indi qəlb qırırlar”

“Sevda ilə Günay indi qəlb qırırlar”

“Soy” prodakşının rəhbəri Oqtay Əliyev müğənnilər Günay İbrahimli və Sevda Yahyayeva ilə bağlı qalmaqallı açıqlamalar verib.

OLAY yazır ki, o, “7 özəl” şousunda iki sənətçinin “Yeni ulduz”da iştirak etdiyi zamanlardan danışıb.

O. Əliyev bildirib ki, Sevda və Günayla bağlı çox problem yaşanıb:

“Günay İbrahimlinin üzərində əziyyət çəkdik. Onun üçün səhnəcik hazırlamışdıq. Səhnədə dəmir çarpayı, qurumuş güllər var idi. Sanki depresiyyada olmalı idi. O da çarpayının üzərində mahnısını ifa etməliydi. Amma dedi ki, mən çarpayının üstündə oxumaq istəmirəm.

Söylədik ki, paltardasan, narahat  olma. Qayıtdı ki, el-aləm mənə nə deyər? Dedik ki, qarşında iki yol var, ya gedirsən, ya da belə oxuyrusan. Bir təhər razı saldıq.  Sevda Yahyayeva ilə  də dava edirdik. Deyirdim, ay qızım, bir gül də, nə qədər məktəbli kimi oxumaq olar? İndi “tarelka”,  şüşə, qəlb qırırlar.  O vaxt heç nə qıra bilmirdilər”.