Müğənni Samir Bağırov uzun müddət sonra açıqlama verib.
OLAY yazır ki, o səhnə aldığı restorandan çıxarkən görüntülənib.
“Şourum” verilişinin suallarını cavablandıran Samir efirə çıxmaq istəmədiyini deyib.
“Heç kimin zəngini açmıram. Beynim qlobal problemlər, baş verən hadisələrlə məşğuldur. Sənət və al-verin bir-birinə qarışmasını xoşlamıram. Səs yoxdur. Bu tək bizim problemimiz deyil. Dünyada da belədir. Haradadır Maykl Cekson? Hamı deyir ki, o vaxtkı müğənnilər indi yoxdur. Əlbəttə belədir. Ekranlara çıxmaq istəmirəm. Yay gəlir, ad günüm olacaq. Ondan sonra söz verirəm ki, efirə çıxacam. Mən elə-belə müğənni deyiləm. 30 il ərzində hörmət qazanmışam”.
Samir ad gününə şou-biznesdən kimləri dəvət edəcəyini isə söyləməyib.