Olay
Olay

Səidə Elzanın cavabını verdi

Səidə Elzanın cavabını verdi

Əməkdar artist Elza Seyidcahan ilə müğənni Səidə Sultan arasındakı qalmaqal yenidən alovlanıb. 

OLAY yazır ki, bu dəfə Səidə Seyidcahanın son açıqlamasına münasibət bildirib. 

Bu barədə o, instaqramda paylaşım edib.

“İQ” nə vaxtdan “qədeş bala” sözü olub? Bilən var? Elza xanımdan soruşublar, deyir intellektual xanımam, “qədeş bala” sözləri bilmirəm”.

Qeyd edək ki, bir müddət əvvəl S. Sultan Seyidcahanın onun haqqında dediyi, açıq-saçıq geyimləri ilə bağlı açıqlamasına cavab verib. O, “İQ-sü 70 faiz olandır. Ondan 90 faiz gözləyirsiniz? Hamıda 90 faizdir, 70 faiz artıq əqli zəiflik, çatışmazlıqdır” sözlərini bəstəkara ünvanlayıb. Bundan sonra, Seyidcahan “Qədeş söhbətləri” mənlik deyil” deyərək Səidəyə cavab verib.