Əməkdar artist Aybəniz Haşımova V Xarıbülbül Beynəlxalq Folklor festivalındakı çıxışından danışıb.
OLAY yazır ki, sənətçi bu barədə “Gün başladı” proqramında danışıb.
Arzusunun reallaşdığını söyləyən Haşımova göz yaşlarını saxlaya bilməyib:
“Mən hər zaman çıxışımda deyirdim ki, bir gün “Vətəndən pay olmayır” mahnısını Şuşada oxuyacam. Yoxsa gözüm açıq gedər. Mən o günü gördüm. Dünən kulisdə deyirdim ki, ilahi mən yuxu görürəm, Sonra anladım ki, yuxu deyil. Dünyanın ən xoşbəxt insanıyam”.