Olay
Olay

Onların Bakı konserti təxirə düşdü

Onların Bakı konserti təxirə düşdü

Türkiyəli müğənnilər Gökhan Türkmen və Emir Can İğrekin Bakıda konserti keçiriləcəkdi.

OLAY-ın məlumatına görə, hər iki sənətçinin səhnə çıxması mümkün olmayacaq. Buna səbəb konsertin ləğv olunmasıdır. Belə ki, sözügedən konsertlərə yetərli sayda bilet satışı həyata keçirilməyib. Ona görə də müğənnilərin çıxışı təxirə salınıb.

Qeyd edək ki, G.Türkmenin konserti Heydər Əliyev sarayında baş tutacaqdı. Emir Canın konserti əvvəlcə Bakı Konqress Mərkəzində nəzərdə tutulsa da, sonradan Elektra Halla keçirilmişdi.