Olay
Olay

“Mən düşmənəm?” – İTV-yə etiraz

“Mən düşmənəm?” – İTV-yə etiraz

Gənc müğənni Ayaz Babayev İctimai Televiziyanı tənqid edib.

OLAY yazır ki, ötən günlərdə Xırdalanda xalq konsertində çıxış edən ifaçı bildirib ki, İTV onun görüntülərini kəsərək yayımlamayıb:

“İllərdir televiziyaların mənə qarşı olan haqsızlığı, görməzdən gəlməyi heç vaxt mənə təsir etməyib. Çünki işimə, özümə, komandama və kütləmə hədsiz güvənirəm. Hər il üç keyfiyyətli hit təqdim edirəm. Xırdalanda konsert oldu, bu barədə paylaşım etdim. Görənlər hamısı bilir ki, mahnımın ilk notlarından hər kəs necə coşdu və mənimlə oxudu. Bu gün mənə çoxlu mesajlar gəldi ki, Ayaz bəy, konserti verdilər, amma sizi görə bilmədik. Mənim çıxışımı İctimai Televiziya kəsib, nəyi bəyənmədiniz? Zalı coşturmağımı, mahnımı, yoxsa, insanların mənimlə bir ağızdan mahnımı oxumağını? Bəlkə, geyimimi bəyənmədiz? Tam olaraq səbəb nə idi? O konsertdə o cür “partlayış”la çıxışımı kəsməyin bir adı olmalıdır. Bu postdan sonra qara siyahıdayam bilirəm, önəmli də deyil mənə amma bəzi şeylər içdən-içə insana təsir edir. İllərdir həm də...”.

Sənətçi daha sonra başqa kanallarda özünə qarşı olan münasibətdən danışıb:

“Elə kanallar var ki, çəkilişdə aparıcı və ya qonaq mənim adımı çəkəndə efiri dayandırırlar, həmin hissəni kəsirlər, onun adını bir də çəkmə deyib davam edirlər. Mənim özümə maraqlıdır ki, mən düşmənəm? Bu, nədən irəli gəlir?”.