Olay
Olay

“Üzük 13 min avro, saat 12 min dollardır”

“Üzük 13 min avro, saat 12 min dollardır”

“Aktrisalardan heç birinin geyim tərzini bəyənmirəm. Onlarda zövq çatmır”. 

OLAY yazır ki, bu sözləri aktrisa Pərvin Abıyeva “Şourum” proqramına açıqlamasında bildirib. 

O, Azərbaycanda fəaliyyət göstərən aktrisaların geyim tərzini tənqid edib.

Bundan əlavə, sənətçi bahalı aksessuarlardan istifadə etdiyini söyləyib:

“Üzük 13 min avro, saat 12 min dollardır. Saatı özüm almışam, lakin üzüyü ad günümdə hədiyyə ediblər. Geyimlərim baha deyil. Şalvarım 100, korsetim 40 manatdır. Geyimi daşımaq çox önəmlidir. Mən çox zövqlüyəm. Zövq baxımdan özümə yaxın olan insanlar var. Onlardan Aygün Kazımova və Röya Ayxanı bəyənirəm”.