Olay
Olay

“Sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin”

“Sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin”

“Əziz analar-atalar! Bir valideyn kimi sizi çox gözəl anlayıram. Əziyyətimiz danılmazdır. Ancaq nə olar, sizə yalvarıram uşaqlarınızın üzərinə getməyin. Onlara hər işlərində dəstək olmağa çalışın”.

OLAY yazır ki, bu sözləri instaqramda müğənni Elnarə Xəlilova qeyd edib.

O yeniyetmələrin intihar etməsindən yazıb:

“Hər il buraxılış imtahanlarından sonra məktəblilər arasında intiharların sayı artır. Bu yolverilməzdir. Sizin uşağınız həyatda olmayandan sonra onun təhsili kimə lazımdır? Ali təhsilli olmasın, peşə məktəbinə qoyun. Aşpaz, dülgər,saç ustası, vizajist,dərzi,dəmirçi - fərqi yoxdur, lap fəhlə olsun. Amma canı sağ olsun,salamat olsun,sağlam və xoşbəxt olsun”.