Xalq artisti Emin Ağalarovun və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın oğlu Ali Ağalarov müğənnilikdən sonra daha bir sahəyə maraq salıb.
OLAY yazır ki, 13 yaşlı Ağalarov cüdoyla məşğul olmağa başlayıb. O bu barədə sosial media hesabında məlumat verib.
Azərbaycan Cüdo Federasiyasına məxsus uniformada foto paylaşan Alinin sarı kəmər qazanması da diqqətdən yayınmayıb.
E.Ağalarov oğluna “Bir neçə dərsdən sonra o kəmər qara rəng olacaq” yazaraq dəstəyini bildirib.
Qeyd edək ki, Eminlə Leyla Əliyeva 2006-2015-ci illərdə evli olub. Onların bu izdivacdan Mikayıl və Ali adlı oğulları dünyaya gəlib.