Olay
Olay

“Onlardan yaxşı oğullar arzu edə bilməzdim!” - Leyla Əliyeva

“Onlardan yaxşı oğullar arzu edə bilməzdim!” - Leyla Əliyeva

Heydər Əliyev Fondunun vitse-prezidenti, “Baku” jurnalının təsisçisi Leyla Əliyeva oğulları Əli və Mikayılı ad günləri münasibətilə təbrik edib.

OLAY yazır ki, L.Əliyeva İnstaqram hesabında övladlarını ilə fotosunu paylaşıb.

“Əli və Mikanı ad günü münasibəti ilə təbrik edir, onlara ən xoş diləklərimi çatdırıram. Arzu edirəm ki, xeyirxah və xoşbəxt böyüsünlər! Hər şeyə görə onlara minnətdaram! Özüm üçün onlardan yaxşı oğullar arzu edə bilməzdim! Hamınıza sevgi, xoşbəxtlik və xeyir dolu günlər arzulayıram! Qoy, Allah bütün uşaqları və böyükləri qorusun”, - deyə, iş xanımı yazıb.

Qeyd edək ki, Leyla Əliyeva 2006-cı ilin 30 aprelində Xalq artisti Emin Ağalarovla ailə qurub. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Cütlük 2015-ci ilin mayında İnstaqram hesablarında boşandıqlarını elan ediblər.

Onu da bildirək ki, L.Əliyevanın övladlığa götürdüyü Əminə adlı qızı da var.